İran Paralimpiya Oyunlarında 4-cü qızıl medalını qazandı
İranın Paralimpiya Oyunlarında dördüncü qızıl medalını uzunluğa tullanmada Əmir Xosrəvani qazanıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, Tokio Paralimpiya Oyunlarının altıncı günündə və uzunluğa tullanma yarışında İran karvanı üçün dəyərli bir qızıl medal əldə edilib.
Bu yarışlar "T-12" növü üzrə və Azərbaycan Respublikası, Kuba, İsveç, Özbəkistan, Almaniya, Belarus və İrandan 10 idmançının iştirakı ilə keçirilib.
Tokio Olimpiya Stadionunda keçirilən bu yarışlarda Əmir Xosrəvani 7,21 metr göstərici ilə bütün rəqiblərini üstələyib.
O, ilk tullanmada səhv edib, amma ikinci tullanmada bu göstəricini qeydə alaraq,həm öz şəxsi rekordunu təzələyib, həm də qızıl medal qazanıb.
Həmçinin, Kuba idmançısı 7,16 metr nəticə ilə gümüş medal qazanıb. Azərbaycan Respublikasından İran əsilli Səid Nəcəfzadə isə 7,03 metrlik nəticə ilə bürünc medalı əldə edib.