Tokio-2020; İran karvanı 5-ci qızıl medalını qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380612-tokio_2020_İran_karvanı_5_ci_qızıl_medalını_qazandı
Tokio Pralimpiya Oyunlarında iranlı atlet nüvə itələmə yarışlarında qızıl medal qazandı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2021 15:58 Asia/Baku
  • Tokio-2020; İran karvanı 5-ci qızıl medalını qazandı

Tokio Pralimpiya Oyunlarında iranlı atlet nüvə itələmə yarışlarında qızıl medal qazandı.

SəhərAzəri-nin verdiyi məlumata görə, Tokio Paralimpiya Oyunlarında atletika üzrə yarışların davamında bu gün, nüvə itələmə rəqabətləri keçirilib və iranlı para-atlet Mehdi Övladi qızıl medala sahib oldu.

Kişilərin "F-11" tipində nüvə itələmə yarışlarında İranın iki təmsilçisi var idi ki, Mehdi Övladi 14,43 metr göstərici ilə qızıl medal əldə etdi. 

İranın digər təmsilçisi Nurməhəmməd Ərxi də 12,78 metr nəticə ilə 6-cı pillədə qərarlaşdı.