Tokio-2020; İran ağırlıq qaldırmada gümüş medalı qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380613-tokio_2020_İran_ağırlıq_qaldırmada_gümüş_medalı_qazandı
Tokio Paralimpiya Oyunlarında İran yığmasının ağır çəkili atleti iordaniyalı idmançı ilə sıx rəqabət apararaq, ikinci oldu və gümüş medalı qazandı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2021 16:00 Asia/Baku
  • Tokio-2020; İran ağırlıq qaldırmada gümüş medalı qazandı

Tokio Paralimpiya Oyunlarında İran yığmasının ağır çəkili atleti iordaniyalı idmançı ilə sıx rəqabət apararaq, ikinci oldu və gümüş medalı qazandı.

SəhərAzəri-nin verdiyi məlumata görə, Tokio Paralimpiya Oyunlarında ağır atletika üzrə yarışlarda super ağır çəki dərəcəsində mübarizə aparan Mənsur Purmirzayi 246 kiloqram nəticə ilə gümüş medalı qazanıb.

Bu kateqoriyada İran, İraq, Misir, Kolumbiya, Çin, Cənubi Koreya, Azərbaycan Respublikası, Yunanıstan və İordaniyadan idmançılar iştirak ediblər.

Purmiazayinin rəqibi iordaniyalı idmançı "Cəmil Əl-Şebli" də son hərəkətində 246 kiloqram çəkini qaldıra bilmədi, ancaq çəki fərqinə görə birinci pillədə qərarlaşdı.

İranın idman karvanı indiyədək Tokio Paralimpiya Oyunlarında 5 qızıl, 4 gümüş və bir bürünc medal qazanaraq, 16 -cı pillədə qərarlaşıb.