Tokio-2020: İranlı parataekvondoçu qızıl medal qazandı
Sen 04, 2021 19:01 Asia/Baku
Tokio Paralimpiya Oyunlarında İran yığmasının parataekvondoçusu mekzikalı rəqibini məğlub edərək, qızıl medal qazandı.
Tokio Paralimpiya Oyunlarında 75 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə apran iranlı parataekvondoçu Əsğər Əzizi Əqdəm final görüşündə mekzikalı rəqibini 12-10 hesabı ilə məğlub edərək, çempion oldu.
Əzizinin qızıl medalı paralimpiadada İran komandasının 12-ci və son qızıl medalıdır.
Beləliklə İran millisi Tokio Paralimpiya Oyunlarında çıxışını 12 qızıl, 11 gümüş və bir bürünc medalla başa vurub və 12-ci pillədə qərarlaşıb.