Havadakı karbonun cəzb edilməsi üzrə cihaz işə salınıb
Sen 11, 2021 13:32 Asia/Baku
İslandiyada havadakı karbonun cəzb edilməsi üzrə dünyada ən iri cihaz- «Orka» işə salınıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, bu cihaz hər il havadan dörd min ton karbon qazını cəzb edə bilər.
Cihaz havadakı karbon qazını udur və minerallara çevrilmək üçün onu yerin dərinliyinə aşılayır.
Bu layihənin adı islandların dilində enerji mənasını verən «orka» kəlməsindən götürülüb.
Amerika ətraf mühiti mühafizə təşkilatının məlumatına görə, havadan dörd min ton karbon qazının cəzb olunması bu qazın 870 avtomobildən yayılmasına bərabərlik edir.
«Blumberq» saytının məlumatına görə, bu cihazın düzəldilməsi on-on beş milyon dollar tələb edir.