Sen 12, 2021 10:05 Asia/Baku
  • vaksinlər
    vaksinlər

Alimlər müəyyən ediblər ki, on beş yaşınadək olan oğlanlar vaksinasiyadan sonra koronavirusa yoluxmaqdan dörd-altı dəfə çox, miokardit xəstəliyinə tutulmaq şansına malikdirlər.

SəhərAzəri-nin verdiyi məlumata görə,  Söz, «Pfizer/BioNTech» və «Moderna» vaksinlərinin yan təsirlərindən gedir.

Belnovosti.by saytının verdiyi məlumata görə, Kaliforniya Universitetinin elm adamları bu peyvəndlərin iki dozasından sonra oğlanlara miokardit diaqnozunun qoyulduğunu müəyyən ediblər.

Bu cür hadisələrin tezliyi, bir milyon nəfərdə yüz altmış iki tam onda iki hal kimi qiymətləndirilir.

Belə bir halda, ürəyin fəaliyyətində pozuntuların müşahidə olunduğu oğlanların səksən altı faizinin xəstəxanaya yerləşdirilməyə ehtiyacı olub.

Hadisələrin böyük əksəriyyətində, miokardit, vaksinin ikinci dozasının vurulmasından sonra meydana gəlib. Buna görə, həkimlər bu yaşda olan oğlanlara birkomponentli peyvəndlərin ehtiyac olduğu qənaətindədirlər.

 

Teqlər