İranlı məktəbli zehni hesablama üzrə dünya çempionatını qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i381040-İranlı_məktəbli_zehni_hesablama_üzrə_dünya_çempionatını_qazanıb
İranın Kermanşah Razi Universitetinə bağlı Orta Məktəblərə Nəzarət Şurasının katibi deyib: "Bu universitetin tabeliyində olan qızlar üçün orta məktəbdə təhsil alan Mühənna Səyyadi Beynəlxalq Sürətli Zehni Hesablama yarışmasında birinci olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2021 12:21 Asia/Baku
  • İranlı məktəbli zehni hesablama üzrə dünya çempionatını qazanıb

İranın Kermanşah Razi Universitetinə bağlı Orta Məktəblərə Nəzarət Şurasının katibi deyib: "Bu universitetin tabeliyində olan qızlar üçün orta məktəbdə təhsil alan Mühənna Səyyadi Beynəlxalq Sürətli Zehni Hesablama yarışmasında birinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Əlirza Kərəmpur İRNA ilə müsahəbədə, Beynəlxalq Sürətli Zehni Hesablama yarışlarının Birləşmiş Ərəb Əmirliklərində keçirildiyini bildirib.

O, qeyd edib ki, İran İslam Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri də müsabiqə yerinə gələrək, Razi Universitetinin tələbəsi xanım Mühənna Səyyadını təbrik edib.

Bu turnirdə, 12 ölkədən 600-dən çox iştirakçı rəqabət aparırdı və İranın zehni hesablama üzrə komandası bu yarışların ən uğurlu komandalarından biridir və çempionlar arasında keçirilən rəqabətlərdə 4 dəfə çempion olub.