Sen 20, 2021 13:05 Asia/Baku
  • Ən ağ rəngi Ginnesin Rekordlar Kitabına düşdü

Alimlər ultra ağ bir boya hazırlayaraq, radiasiyanın soyutma təsiri sayəsində binalarda elektrik enerjisindən istifadəni azaldıb, karbon emissiyalarının qarşısını alaraq, evləri yalnız bu boya ilə soyutmağı bacarıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Perdyu Universitetinin tədqiqatçıları bir boyanı o qədər ağ ediblər ki, bir binanı onunla örtmək binada havalandırmaya ehtiyacı azalda və ya hətta aradan qaldıra bilər. Əslində bu rəng o qədər ağdır ki, dünyanın ən ağ rəngi olaraq, Ginnesin Rekordlar Kitabına düşüb.

Tədqiqatçılar bu rəng üçün 100-dən çox fərqli reflektiv material üzərində sınaqlar apardıqdan sonra, nəhayət foto kağızı və ağ rəngli kosmetika istehsalı üçün istifadə olunan "barium sulfat" adlı kimyəvi birləşmənin çox yüksək konsentrasiyasından istifadə edərək, bu rəngi hazırlamağa müvəffəq oldular.

Bu ultra ağ rəng, güclü günəş şüaları altında səthləri ətrafından 13 dərəcə selsi daha soyuq edə bilər.

Teqlər