Sen 21, 2021 20:32 Asia/Baku
  • İranın qadın həndbol komandası
    İranın qadın həndbol komandası

Asiya çempionatında Suriya komandasına qalib gələn İranın yığma qadın həndbol komandası yarımfinal mərhələsinə çıxmaqla bərabər, ilk dəfə olaraq, dünya çempionatında iştirak vəsiqəsi qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qadınların həndbol üzrə 18-ci Asiya çempionatı və İspaniya dünya çempionatına seçmə görüşləri sentyabrın 14-dən İordaniyada başlanıb.

Bu gün İranın yığma qadın həndbol komandası Suriya komandası ilə görüşüb. İran yığması rəqibini 38-19 hesabı ilə məğlub edə bilib. Komandamız B qrupunun ikincisi kimi yarımfinal mərhələsinə çıxmaqla bərabər, ilk dəfə olaraq, həndbol üzrə dünya çempionatında iştirak vəsiqəsi qazanıb.

İran millisi bu qələbə ilə səkkiz xal sahibi olub və Yaponiyadan sonra ikinci qrupun ikinci komandası kimi yarımfinal mərhələsinə çıxıb.

 

Teqlər