Sen 28, 2021 11:40 Asia/Baku
  • İranın gənc voleybolçuları
    İranın gənc voleybolçuları

İranın gənclərdən ibarət voleybol komandası dünya çempionatının ikinci etapının başlanğıcında Afrika çempionuna qalib gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Komandamız 21 yaşından aşağı yaş qrupunda voleybol üzrə dünya çempionatının ikinci mərhələsindəki ilk görüşündə Misir yığması ilə görüşüb və bu komandanı üç-sıfır hesabı ilə məğlub edibdir.

Misir yığması 2021-ci il Afrika çempionu və bu qitənin ən yaxşı komandasıdır.

21 yaşından aşağı yaş qrupunda voleybol üzrə dünya çempionatı sentyabrın 23-dən oktyabrın üçünədək İtaliya və Bolqarıstanın ev sahiblikləri ilə keçirilir.

Ötən iyirmi dövrdə bir qızıl və bir bürünc medal qazanan İran komandası Bolqarıstan və Cənubi Koreya komandalarının kənarında bu yarışların tarixində beşinci ən iftixarlı komanda hesab edilir.

 

Teqlər