Okt 02, 2021 17:14 Asia/Baku
  • İranlı tədqiqatçının Beynəlxalq İxtiralar Müsabiqəsində uğuru

İranlı tədqiqatçı və həkim bioloji reaktor istehsal edərək, dünyada ilk dəfə olaraq, plastik maddələrin parçalanma sürətini 30 saata çatdırıb və bu ixtira ilə Türkiyədə keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsində gümüş medalı qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, bir müddət əvvəl yeni bir bakteriya növü kəşf edərək, onu ABŞ-ın Milli Biotexnologiya Mərkəzinin məlumat bazasında qeydiyyatdan keçirən, Hamid Milani, son günlər önəmli bir ixtira ilə Türkiyədə keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsində gümüş medalı qazanıb.

Bu iranlı tədqiqatçı və həkim ixtirası haqqında deyib: "Biz dünyada ilk dəfə olaraq, analoqu olmayan bir bioloji reaktoru layihələşdirib, inşa etməyə müvəffəq olduq. Plastik Maddələrin ən yüksək parçalanma və xammala çevrilmə sürətinə malik olan bu reaktor, dəmir oksid nanohissəcikləri üzərində fermentin stabilizasiya texnologiyası əsasında hazırlanıb və biz onda, plastikin makromolekullarının parçalanma prosesini asanlaşdırmaq üçün UV şüalarından istifadə etdik.

Teqlər