Okt 13, 2021 19:56 Asia/Baku
  • İran kinosu
    İran kinosu

İranın "Qəhrəman" fimi, Yaponiyanın "Sür mənim maşınım" filmi ilə birlikdə hər biri 4 kateqoriya üzrə namizəd olaraq 14-cü Asiya-Sakit okean Film Festivalının namizədləri arasında liderdirlər.

SəhərAzəri-nin məlumatına əsasən, 14-cü Asiya-Sakit okean mükafatına namizədlərin siyahısı açıqlanıb və Əsğər Fərhadinin çəkdiyi "Qəhrəman" filmi ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı ssenari və ən yaxşı aktyor üzrə namizəd seçilib. 

İran və Yaponiya kinosu hər biri 7 kateqoriya üzrə nominasiya ilə bu ilki Asiya-Sakit Okean Film Festivalında ən çox nominasiyanı öz adlarına qeydə alıblar.

 14-cü Asiya-Sakit okean Film Festivalının bağlanış mərasimi noyabrın 11-də Avstraliyada keçiriləcək. 

Teqlər