İranın gənclərdən ibarət yunan-Roma güləş komandası Asiya çempionu oldu
İranın gənclərdən ibarət yunan-Roma güləş komandası dörd qızıl və beş bürünc medalla gənclərin Asiya çempionatının qalibi olub və özünün ötənilki çempionluğunu qoruyub saxlayıb.
Komanda sıralamasında İran yüz səksən beş xalla birinci yeri tutub. Qırğızıstan və Özbəkistan komandaları isə müvafiq olaraq, yüz altmış altı və yüz əlli bir xalla ikinci və üçüncü olublar.
Qırğızıstanın Bişkek şəhərində keçirilən yarışların ikinci beş çəki dərəcəsi üzrə final görüşlərində iranlı güləşçi Məhəmməd-Hadi Seydi finalda iki dəqiqədən az bir müddətdə Cənubi Koreyadan olan Cabino Coy-a yüksək- doqquz-sıfır hesabı ilə qalib gəlib və yarışların ikinci günündə İranın yeganə qızıl medalını əldə edib.
Seydi finaldan öncə Özbəkistan və Hindistandan olan rəqiblərini məğlub etmişdi.
Həmçinin, müxtəlif çəki dərəcələri üzrə sıralama görüşlərində iranlı güləşçi Seyid İman Hüseyni Qazaxıstan nümayəndəsini yüksək- doqquz-sıfır hesabı ilə məğlub edib və bürünc medala sahib çıxıb.
Qulam-Rza Əbdüli də beş-üç hesabı ilə tacikistanlı güləşçiyə qalib gəlib və üçüncü olub.
Əmir-Mehdi Səidi-Nəva hindistanlı Akaş Punyanı texniki nokauta uğradıb və bürünc medal alıb.
İranın gənclərdən ibarət yunan-Roma güləş komandası üçün ilk beş çəki dərəcəsində Pəyam Əhmədi, Ahura Boyeri və Əbülfəzl Fəthi qızıl medal qazanıblar.
Məhəmməd-Cavad Əbu-Talibi və Həmid-Rza Keştkar isə bürünc medal əldə ediblər