Okt 23, 2021 14:36 Asia/Baku
  • İranlı ixtiraçılar Xorvatiya Beynəlxalq İxtiralar Sərgisində birinci olublar

İranlı ixtiraçılar Xorvatiya Beynəlxalq İxtiralar Sərgisində fərdi sektorda 3 qızıl və komanda sektorunda 1 gümüş medalla birinci olublar.

SəhərAzəri-nin məlumatına əsasən, İranın gənc ixtiraçılar komandası Xorvatiyanın Zaqreb şəhərində keçirilən 17-ci Beynəlxalq İxtiralar Sərgisində fərdi sektorda 3 qızıl və komanda sektorunda 1 gümüş medalla birinci oldu.

Sərginin bu dövründə Əli Əsədi "hər cür paltarın təmizlənməsi, qurudulması və ütülənməsi üçün portativ maşın"a görə, Ariya Mehr Məleki "Retinanın OKT (Optik Uyğunluq Tomoqrafiyası) şəkillərinə əsasən xəstəliyin diaqnozu"na görə və Seyid Nima Nəqibi İrəvani "çoxmərtəbəli binalarda həqiqi miqyasda istifadə üçün tənzimlənmiş bir maye damperinin laboratoriya nümunəsinin dizaynı və istehsalı"na görə qızıl medalı alıblar. 

Həmçinin Məhsa Höccətül-İslami, Hamid Əhəri, Kambiz Laricani və Ənuşə Şərifandan ibarət olan İranın 4 nəfərlik komandası "Al-əlvan qızılxallı balığının qalma müddətini artırmaq üçün nanoemulsiya olan bir növ PLA filmi"nin istehsalına görə bu müsabiqənin gümüş medalını qazanıb. 

Teqlər