Sərbəst güləş üzrə Dünya Çempionatı: İran ikinci oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382939-sərbəst_güləş_üzrə_dünya_Çempionatı_İran_ikinci_oldu
Serbiyada keçirilən 23 yaşadək sərbəst güləşçilərin dünya çempionatında İran İslam Respublikasının komandası bir qızıl, 2 gümüş və 5 bürünc medalla ikinci oldu.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 08, 2021 09:23 Asia/Baku
  • Sərbəst güləş
    Sərbəst güləş

Serbiyada keçirilən 23 yaşadək sərbəst güləşçilərin dünya çempionatında İran İslam Respublikasının komandası bir qızıl, 2 gümüş və 5 bürünc medalla ikinci oldu.

SəhərAzəri-nin məlumatına əsasən, Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək sərbəst güləşçilərin dünya çempionatının yekununda İran yığması 97 kiloqram çəki dərəcəsində "Əmir Əli Azərpiran"ın qızıl medalı, "Məhəmməd Sadiq Firuzpur" və "Səccad Qulami"nin gümüş medalları və "Əhməd Məhəmməd Nejad Cavan", "Əli Əkbər Fəzli", "Əli Savadkuhi", "Əmir Hüseyn Firuzpur" və "Seyid Mehdi Haşimi"nin bürünc medalları və 140 xalla ikinci oldu. 

Rusiya komandası 145 xal və Ermənistan komandası 114 xalla müvafiq olaraq birinci və üçüncü oldular. 

23 yaşadək güləşçilərin dünya çempionatı Serbiyanın paytaxtı Belqradda noyabrın 5-dən 7-dək keçirilib.