Noy 11, 2021 19:09 Asia/Baku
  • İran
    İran

İranın milli futbol komandası 2022-ci il Qətər dünya çempionatının seçmə görüşlərinin yekun mərhələsində Livan komandasına qalib gəlib.

SəhərAzəri-nin məlumatına əsasən,  Bu gün keçirilən bu görüş iki-bir hesabı ilə İran millisinin xeyrinə qurtarıb.

Livanın birinci qolu İran komandasının qapıçısı Əlirza Beyranvəndin qəflətə qapılması ücbatından oyunun birinci hissəsində vurulub. Amma bu, işin sonu olmayıbdır. Oyunun son anlarında öncə Sərdar Azmun, sonra isə Əhməd Nurullahi rəqibin qapısını topla atəşə tutublar. Beləliklə, İran komandasının xallarının sayı on üçə yüksəlibdir. İran yığması həm də hazırkı mərhələdə yarış cədvəlinə liderlik etməkdə davam edir.

İran yığması bu oyundan sonra İordaniyaya yola düşəcək, zira noyabrın on altısında Suriya yığması ilə görüş keçirməlidir.

 

Teqlər