UEFA Çempionlar Liqasında qrup mərhələsi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383469-uefa_Çempionlar_liqasında_qrup_mərhələsi
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib və pley-off mərhələsinə vəsiqə qazanan bəzi komandaların adına aydınlıq gətirilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 24, 2021 14:25 Asia/Baku
  • UEFA Çempion
    UEFA Çempion

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib və pley-off mərhələsinə vəsiqə qazanan bəzi komandaların adına aydınlıq gətirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Turnirin E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş "Bavariya" 15 xalla lider olaraq və digər rəqiblərindən böyük fərqlə növbəti mərhələyə adlayıb.

F qrupunda "Mançester Yunayted" Ronaldo və Sançonun parlaq çıxışları ilə İspaniyada "Vilyarreal" üzərində 2-0 hesablı qələbə ilə sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edib.

G qrupunda hələ növbəti mərhələyə adlayacaq komandanın taleyi həll olunmayıb və "Lill", "Zalsburq", "Seviliya" və "Volfsburq"dan ibarət 4 komandanın hamısının növbəti mərhələyə adlamaq şansı var.

H qrupunda dünən axşam "Yuventus"u məğlub edən "Çelsi" də pley-offa vəsiqəni təmin edib.