Noy 28, 2021 21:25 Asia/Baku
  • Zəhra Şeydayi
    Zəhra Şeydayi

Rusiya və Xorvatiyadan olan rəqiblərini məğlub edən iranlı taekvondoçu Zəhra Şeydayi Ərriyadda keçirilən taekvondo üzrə dünya çempionatında birinci olub.

SəhərAzəri-nin məlumatına əsasən,Qadınların taekvondo üzrə 2021-ci il dünya çempionatının ilk mərhələsi otuz bir ölkədən olan 170 taekvondoçunun iştirakı ilə noyabrın 25-də Ərriyadın «Green Hall» zalında başlanıb və bu gün başa çatıbdır.

Zəhra Şeydayi dünən dörd mübarizədəki uğurlu çıxışı ilə yarışların finalına vəsiqə qazanmışdı.

O, öncə Avropa çempionu və Avropa ikincisi olmuş rusiyalı Yelena Mironyuku on iki-altı hesabı ilə məğlub edib.

Şeydayi sonra dünya üzrə bürünc medal sahibi Xorvatiya təmsilçisi Nikita Qlasnoviçlə görüşüb və həlledici raundda qələbəyə nail olub.

İranın taekvondonun dördüncü çəki dərəcəsi üzrə nümayəndəsi olan Zəhra Şeydayi üçüncü mərhələdə Rusiyadan olan Yelena Krivçenko ilə mübarizə aparıb və rəqibini on iki-üç hesabı ilə məğlub edibdir.

 

Teqlər