Ronaldunun qolu ilə «Mançester Yunayted»in qələbəsi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i384005-ronaldunun_qolu_ilə_mançester_yunayted_in_qələbəsi
«Mançester Yunayted» İngiltərə premyer liqasının 16-cı həftəsində «Norviç Siti» komandası ilə görüşdə qələbə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2021 10:21 Asia/Baku
  • Ronaldu
    Ronaldu

«Mançester Yunayted» İngiltərə premyer liqasının 16-cı həftəsində «Norviç Siti» komandası ilə görüşdə qələbə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, «Norviç Siti»nin ev sahibliyi etdiyi görüş, Kriştianu Ronaldunun oyunun 75-ci dəqiqəsində on bir metrlik cərimə zərbəsilə vurduğu yeganə qolla bir-sıfır hesabı ilə «Mançester Yunayted»in xeyrinə başa çatıb.

«Norviç Siti»nin oyunçuları bu görüşdə qol vurmaq üçün bir çox mövqelərə malik olsalar da, «Mançester Yunayted»in qapıçısı David de Xea onları nakam qoyubdur.

«Mançester Yunayted» bu qələbə ilə 27 xala çatıb və cədvəlin beşinci pilləsinə yüksəlibdir.

«Norviç Siti» isə cədvəlin autsayderi olmaqda davam edir.