Yan 29, 2022 13:27 Asia/Baku
  • Televizora həddən artıq baxanlara xəbərdarlıq

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, çox uzun müddət televizora baxmaq insanları uzun məsafəli uçuşlar qədər ölümcül qan laxtalanması riski ilə üz-üzə qoyur.

SəhərAzəri-nin məlumatına əsasən, bir araşdırmanın nəticələri göstərir ki, orta yaşlarda həddindən artıq televizora baxmaq qanın laxtalanma riskini üçdə bir artıra bilər. Mütəxəssislər insanlara hər yarım saatdan bir ayağa qalxıb dartma məşqləri etməyi tövsiyə edir.

Hesablamalara görə, gündə dörd saat və ya daha çox televiziyaya baxan insanlarda arasında qan laxtalanma ehtimalı 35 faiz daha çoxdur. Tədqiqatşılar uzun müddət oturmaq və hərəkətsiz qalmağın damar trombozu riskini kifayət qədər artıra biləcəyini söyləyirlər.

Uzun müddət hərəkətsizlik qanın ətraflarda yığılmasına imkan verir, bu da laxtalanmaya səbəb ola bilər. Elə buna görə də təyyarə səyahətçilərinə uzun məsafəli uçuşlarda tez-tez hərəkət etmələri tövsiyə olunur.

Ən çox laxtalanma ayağın damarlarında baş verir - buna dərin damar trombozu deyilir - adətən asanlıqla müalicə olunur. Ancaq qan laxtalarının kiçik hissələri qoparaq qan dövranında ağciyər emboliyası kimi tanınan ağciyər kimi orqanlara gedə bilər. Erkən müalicə edilmədikdə ölümcül ola bilər.

Britaniyalı tədqiqatçılar gündə dörd və ya daha çox saat televizora baxan böyüklərdə iki yarım və ya daha az baxan insanlarla müqayisədə riskin üçdə bir dəfə yüksək olduğunu müəyyən ediblər.

Tədqiqatçılar, həmçinin televizora baxan insanlara laxtalanma riski ilə yanaşı, piylənmə və yüksək qan təzyiqi kimi digər şərtlərə də səbəb ola biləcək zərərli yemək yeməyə meylli olduqları barədə xəbərdarlıq ediblər.

Teqlər