Yan 31, 2022 12:46 Asia/Baku
  • Təftian
    Təftian

İranın qapalı məkanda 60 metr məsafəyə qaçışda rekordçusu Fransa Beynəlxalq Atletika Çempionatında üçüncü yeri qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İRNA-nın məlumatına görə, İranın ən sürətli sprinteri və qapalı məkanda 100 və 60 metr məsafəyə qaçışda rekordçusu Fransada keçirilən yüngül atletika üzrə beynəlxalq yarışlarda 60 metrlik məsafəni 6,76 saniyəyə qaçaraq, üçüncü yeri tutub.  

İranın ən sürətli sprinteri təlim-məşq toplanışını keçirmək və qapalı məkanda keçirilən yüngül atletika yarışlarında qüdrətli iştirak etmək üçün Fransaya gedib və bu ölkədə hazırlıq mərhələlərini keçir.

Qapalı məkanda yüngül atletika üzrə dünya çempionatı 2022-ci il martın 18-dən 20-dək Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək.

Teqlər