İranlı rəssamın uğuru
İranlı rəssam Mərziyyə Huşməndin “Dünyanın təbəssümü” əsəri Yaponiya beynəlxalq festivalında birinci yeri tutub.
SəhərAzəri-nin məlumatına əsasən, Əlil sənətkarların əsərlərinə həsr olunmuş 2021-ci il Yaponiya beynəlxalq festivalı “təbəssüm” mövzusu və İran da daxil olmaqla qırx ölkədən olan sənətkarların iştirakı ilə keçirilib.
İranın Yaponiyadakı mədəniyyət attaşesi Hüseyn Divsaların, iştirakçı ölkələrin nümayəndələri və sənətkarlarından bir qrupunun, maliyyə himayədarları və müəssisələrinin, həmçinin Yaponiyadan olan nümunəvi sənətkarlardan bir neçəsinin iştirak etdikləri mərasimdə müxtəlif bölmələrin qalibləri elan olunub və iranlı rəssam Mərziyyə Huşmənd “Dünyanın təbəssümü” əsəri ilə birinci yerin sahibi kimi festivalın nağd mükafatı ilə təltif edilib.
Festivalda həmçinin iki digər iranlı əlil sənətkar- Mərziyyə Baqiri-Çize Əli Bəhrami də müvafiq olaraq “paralym art” və münsiflər heyətinin mükafatlarını qazanıblar.