Fev 17, 2022 12:59 Asia/Baku
  • «Liverpul»
    «Liverpul»

UEFA Çempionlar Liqası yarışlarının birinci həftəsinin ikinci gecəsində «Liverpul» İtaliyada «İnter»ə qalib gəlib. «Bayern Münhen» klubu isə Avstriyada çətinliklə bərabərliyə nail olub.

SəhərAzəri-nin məlumatına əsasən, UEFA Çempionlar Liqası yarışlarının səkkizdə bir final mərhələsinin birinci həftəsinin ikinci gecəsində iki görüş keçirilib.

Dünəngecəki mühüm görüşlərin birində Milanın «İnter» klubu «Cüzeppe Meattsa» stadionunda İngiltərənin «Liverpul» klubuna ev sahibliyi edib. Enfild qırmızıları rəqibin evində iki qolla dəyərli qələbəyə nail olublar.

Qolları oyunun 75-ci dəqiqəsində Roberto Firmino, 85-ci dəqiqəsində isə Məhəmməd Salah vurublar.

Yurgen Kloppun yetirmələri bu üç xalla, qayıdış görüşündə növbəti mərhələyə çıxmağa olduqca ümidvar olublar.

 

Teqlər