Fev 28, 2022 18:15 Asia/Baku
  • İran yığması
    İran yığması

İranın sərbəst güləş üzrə yığma komandası İstanbulda keçirilən Yaşar Doğu adına beynəlxalq sərbəst güləş turnirini 3 qızıl və bir bürünc medalla başa vurub.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyədə Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir Dünya Birliyinin reytinq yarışlarından biri olaraq, 26 və 27 fevral tarixlərində İstanbulda keçirilib.

İSNA-nın məlumatına görə, turnirin son günündə Əmir Məhəmməd Yəzdani amerikalı rəqibinə qalıb gələrək, qızıl medalı qazanıb, həmçinin Əhməd Bəzri 92 kiloqram çəki dərəcəsində qızıl medal sahibi olub, 79 kiloqram çəki dərəcəsində çıxış edən Əli Savadkuhi isə bürünc medal qazanıb. 

Qeyd edək ki, 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Hüseyn Məhəmmədian da yarışların ilk günündə qızıl medal qazanmışdı. 

Teqlər