Mart 18, 2022 17:41 Asia/Baku
  • Parlaq bir ulduzun aydın təsviri qeydə alınıb

“Ceyms Uebb” kosmik teleskopu ilk dəfə olaraq uzaq qalaktikaların yanındakı parlaq bir ulduzun rəngli şəklini çəkə bilibdir.

SəhərAzəri-nin məlumatına əsasən, “Ceyms Uebb” teleskopunun güzgüsünün 18 bölməsinin tarazlaşdırılmasından və 6,5 metrlik iri bir güzgüyə çevrilməsindən sonra bu on milyard dollarlıq rəsədxana, əsas güzgünün bütün hissələrinin səmtinə tuşlandıqları parlaq ulduzun aydın görüntüsünü qeydə ala bilibdir.

Təsvirdə digər ulduz və qalaktikalar da görünürlər ki, bu da dünyanın ən mürəkkəb və bahalı kosmik rəsədxanasının dəqiqliyindən xəbər verir.

NASA alimlərindən olan Ceyn Riqbi deyib: Teleskop hazırda gözlədiyimiz formada fəaliyyət göstərir. “Ceyms Uebb”in qeydə aldığı görüntülər, qeydə alınması “Habbl” kosmik teleskopu üçün mümkün olmayan işıq dalğası boyunca yerləşir.

NASA-nın bildirdiyinə görə, “Ceyms Uebb” teleskopu “Habbl” teleskopundan yüzqat həssas şəkildə işləyə bilmək üçün dizayan və konstruksiya edilib və bu məqsəd, nəinki həyata keçib, həm də bu gözləntini də aşıb keçibdir.

Teqlər