Apr 18, 2022 18:36 Asia/Baku
  • voleybolçu qızlar
    voleybolçu qızlar

İranın yeniyetmə qızlardan ibarət voleybol komandası İtaliyada keçirilən Kornakiya kuboku üzrə yarışların finalına vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, On yeddi yaşınadək qızların İtaliyanın Pordenone şəhərində təşkil olunan Kornakiya kuboku üzrə voleybol yarışlarının yarımfinal mərhələsi bu gün günorta keçirilib.

İranın yeniyetmə qızlardan ibarət voleybol komandası bu mərhələdə İtaliyanı təmsil edən Kapella komandası ilə görüşüb. İtalya komandasını üç-bir hesabı ilə məğlub edən komandamız beşinci ardıcıl qələbə ilə finalist olub.

İranın yeniyetmə qızlardan ibarət voleybol komandası bu gün axşam finalda İtaliyanın digər komandası- Verbania ilə qarşılaşacaq. İran voleybolçuları bu komandanı məğlub edərsə, yarışların çempionu olacaq.

İran yığması seçmə görüşlərində bir dəfə bu komandanı məğlub edibdir.

 

Teqlər