Maradonanın məşhur geyimi satılıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388791-maradonanın_məşhur_geyimi_satılıb
Dieqo Maradonanın məşhur «Allahın əli» oyununda geydiyi idman köynəyi yeni bir rekordla satılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2022 10:07 Asia/Baku
  • Maradona
    Maradona

Dieqo Maradonanın məşhur «Allahın əli» oyununda geydiyi idman köynəyi yeni bir rekordla satılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Sotbis auksion evi bildirib ki, Maradonanın 1986-cı il dünya çempionatında məşhur Argentina-İngiltərə görüşündə geydiyi idman köynəyi bir auksionda 9.3 milyon dollara satılıb.

Maradona həmin oyunda əl ilə öz məşhur qolunu İngiltərənin qapısına vurmuşdu.

Bu qiymət idman vəsaitləri auksionunda yeni bir rekord qeydə aldıra bilib.

İdman vəsaitlərinin satışı üzrə öncəki rekord 1920-ci onilliyin sonlarında Amerikanın beysbol ulduzu olmuş Beyb Rutun geyiminə aid olub. Bu idmançının forması 2019-cu ildə 5.6 milyon dollara satılmışdı.