İran taekvondoçularının rəngarəng medalları
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388877-İran_taekvondoçularının_rəngarəng_medalları
Braziliya-2021 olmpiya oyunlarının altıncı günündə İranın eşitmə qabliyyəti olmayan taekvondoçuları qızıl və bürünc medallar daxil olmaqla dörd medal alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2022 09:31 Asia/Baku
  • İran taekvondoçularının rəngarəng medalları

Braziliya-2021 olmpiya oyunlarının altıncı günündə İranın eşitmə qabliyyəti olmayan taekvondoçuları qızıl və bürünc medallar daxil olmaqla dörd medal alıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Eşitmə qabliyyəti olmayan idmançıların 2021-ci yay olmpiya oyunlarının taekvondo yarışlarının davamında dünən kişi və qadınların birinci və üçüncü çəki dərəcələri üzrə yarışları keçirilib. Sonda iranlı taekvondoçular Əlirza Şərifiməneş və Fatimə-Zəhra Zelikani qızıl, Mərziyə Xoşəhval və Behzad Əmiri isə bürünc medallar əldə ediblər.

Yarışların davamında bu gün ikinci və dördüncü çəki dərəcələri üzrə görüşlər keçiriləcək.

Səksən ölkədən dörd mindən çox idmançının iştirakı ilə mayın birindən Braziliyanın Kaşias-du-Sul şəhərində başlanan eşitmə qabliyyəti olmayan idmançıların 24-cü yay olimpiya oyunları mayın on beşinədək davam edəcək.