May 15, 2022 11:56 Asia/Baku
  • “Liverpul” İngiltərə Federasiya Kubokunu da aldı

Penaltilər seriyasında “Çelsi” futbol klubunu məğlub edən “Liverpul” klubu İngiltərə Federasiya Kubokunun da sahibi olmağı bacarıb.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə Federasiya Kuboku oyunlarının finalı dünən gecə Londondakı “Uembli” stadionunda “Çelsi” və “Liverpul” klubları arasında keçirilib. Sonda- penaltilər seriyasında altı-beş hesabı ilə rəqibinə qalib gələn “Liverpul”, kubokun sahibi olub.

Bu iki komanda son zamanlar İngiltərə Liqa Kuboku yarışlarının finalında da qarşılaşmışdı. Həmin 120 dəqiqəlik oyunda hesab açılmadığından penaltilər seriyası təyin edilmişdi. Bu seriyada rəqibini on bir-on hesabı ilə məğlub edən “Liverpul” İngiltərə Liqa Kubokunu almağa müvəffəq olmuşdu.

 

Teqlər