Kvant kompüterinin gücü
Kanadalı və amerikalı tədqiqatçılardan ibarət bir komanda saniyənin müəyyən hissəsində olduqca mürəkkəb hesablamaları aparmaq qabiliyyətinə malik olan kvant kompüteri hazırlamağa müvəffəq olublar.
SəhərAzəri-nin məlumatına əsasən, Kanadanın Zanado kvant texnologiyaları institutu və Birləşmiş Ştatların milli standartlar və texnologiya institutundan olan tədqiqatçılar deyirlər ki, onların kvant kompüteri hesablama məziyyətlərində yeni sərhədə nail olub.
Tədqiqatçıların sözlərinə görə, sınaq aparılarkən məlum olubdur ki, Boralis(Borealis) kvant çipi, verilən tapşırığı 36 mikrosaniyə ərzində yerinə yetirə bilər. Belə bir halda, araşdırmaçıların hesablamalarına əsasən, mövcud olan ən yaxşı klassik kompüter elə həmin işi görmək üçün doqquz min il zamana ehtiyac duyur.
Yeni bir səydə tədqiqatçılar kyu-bitləri nümayiş etdirmək üçün foton zərrəciklərindən istifadə edən bir fotonika maşınından bəhrələniblər.
«Bozon-Qauss seçmə prosesi” adlanan bu texniki problem bir detektora çatan fotonların hazırlanması, istiqamətləndirilməsi və nəhayət, hesablanmasına şamil olur.