Qadınlarda beyin temperaturu kişilərinkindən daha yüksəkdir
Yeni bir araşdırma göstərir ki, insan beyninin normal temperatur miqyası düşündüyümüzdən daha çoxdur və bu, sağlam beyin fəaliyyətinin bir əlamətidir.
SəhərAzəri-nin məlumatına əsasən, Normal bədən istiliyi adətən 37 dərəcə selsidən aşağı olan sağlam kişi və qadınlarda beynin orta temperaturu 38,5 dərəcə selsi olur. Bu temperatur gün ərzində xüsusilə də beynin mərkəzi hissələrində qadınlarda qırx dərəcədən yuxarı qalxır.
Əvvəllər tədqiqatçılar maqnit-rezonans spektroskopiyası adlanan beyin skanından istifadə etmiş və sağlam insanlarda beyin temperaturunu qeyri-invaziv şəkildə ölçə bilmişdilər.
Amma bu günə qədər, bir şəxsin “bədən saatının” bu məsələyə necə təsir etdiyini nəzərə alaraq, gün ərzində beynin temperaturunun necə dəyişdiyini araşdırmaq üçün bu metoddan istifadə edilməmişdi.
İngiltərədəki Kembric Tibbi Tədqiqat Şurasının Molekulyar Biologiya Laboratoriyasının tədqiqatçıları tərəfindən aparılan bu yeni araşdırma insanda sağlam beyin istiliyinin ilk dördölçülü xəritəsini göstərir.
Bu dördölçülü xəritə beynin temperaturu barədəki əvvəlki fərziyyələri dəyişdirdi və göstərdi ki, beynin temperaturu beynin hissələrindən, həmçinin şəxsin yaşından, cinsindən və günün vaxtlarından asılı olaraq, fərqlənir.
Görən, beynin temperaturu ilə bədənin temperaturu eynidirmi?
Digər bir mühüm cəhət, bu tapıntıların insan beyninin və bədəninin temperaturunun eyni olması barədə yayılmış fikirləri şübhə altına almasıdır.
Tədqiqatçılar bu eksperiment üçün iyirmi yaşdan qırx yaşa qədər olan qırx könüllülərdən istifadə etdilər və onların beyin temperaturlarını səhər tezdən, günortadan sonra və gecənin son saatlarına qədər olan fasilələrdə ölçdülər. Fərqli əsllikləri olan bu könüllülər on beş müxtəlif ölkə və beş qitəni təmsil ediblər.
Sağlam şəxslərdə beyinin orta temperaturu 38 dərəcə yarımı göstəribdir ki, bu da dilaltı temperaturdan iki dərəcə yüksəkdir.
Beyin səthinin temperaturu ümumiyyətlə soyuq olsa da, beynin daxili sahələrinin temperaturu qırx dərəcəyə də çatır və bir nümunədə 40,9 dərəcəlik temperatur belə, qeydə alınıbdır.
Günortadan sonralar beyin temperaturunun ən yüksək olduğu bir halda, gecələr beyin, özünün ən sərin durumunda olur.
Kişi və qadınlarda beyin temperaturu arasındakı fərq nə qədərdir?
Orta hesabla qadınların beyni kişilərin beynindən təxminən sıfır tam onda dörd dərəcə istidir.
Bu cinsi fərq, böyük ehtimala qarşı, qadınların menstrual dövrü ilə bağlıdır; çünki ovulyasiya mərhələsindən sonra skan edilən qadınların beyin temperaturu, ovulyasiyadan öncəki mərhələdə skan edilən qadınlardan təxminən 0,4 dərəcə isti olubdur.