İranın stolüstü paratennisi, İslamiadanı 9 medalla başa vurub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392213-İranın_stolüstü_paratennisi_İslamiadanı_9_medalla_başa_vurub
İslam Həmrəyliyi Oyunları- İslamiadanın stolüstü paratennis yarışlarının sonuncu günündə İran nümayəndələri doqquz medal qazanmaqla işlərini başa vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2022 06:55 Asia/Baku
  • İranın stolüstü paratennisi, İslamiadanı 9 medalla başa vurub

İslam Həmrəyliyi Oyunları- İslamiadanın stolüstü paratennis yarışlarının sonuncu günündə İran nümayəndələri doqquz medal qazanmaqla işlərini başa vurublar.

SəhərAzəri-nin məlumatına əsasən, İran karvanı bu yarışlarda 240-dan çox idmançı ilə on altı idman növündə iştirak edir.

İslamiadanın stolüstü paratennis yarışlarının sonuncu günündə bazar ertəsi günü İran nümayəndələri komanda və ikinəfərlik bölmələrdə rəqibləri ilə qarşılaşıb və üç gümüş medal qazanmağa müvəffəq olublar.

Dünən də İran nümayəndələri fərdi yarışlarda bir gümüş və beş bürünc medal qazanmışdılar.

Beləliklə, İran karvanı üçün stolüstü paratennis yarışlarının işi, dörd gümüş və beş bürünc medal əldə etməklə bağlandı.