Avq 16, 2022 14:51 Asia/Baku
  • İranın kişi voleybol komandası İslamiadanın qalibi olub

İranın kişilərdən ibarət B milli voleybol komandası İslam Həmrəyliyi Oyunlarının final matçında qalib gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin Konya şəhərində avqustun 9-da başlayan İslam Həmrəyliyi Oyunları- İslamiada avqustun 18-dək davam edəcək.

İran karvanı bu yarışlarda 240-dan çox idmançı ilə on altı idman növündə iştirak edir.

İranın kişilərdən ibarət B milli voleybol komandası Kamerun yığmasını 3-1 hesabı ilə məğlub edib.

Türkiyə və Azərbaycan Respublikası komandaları da sıralama matçında qarşılaşıblar. Rəqibini 3-1 hesabı ilə məğlub edən Türkiyə komandası üçüncü yerə və bürünc medala layiq görülüb.

İranın qadınlardan ibarət milli voleybol komandası isə yarışların ikincisi olub. Ev sahibi olan Türkiyə isə birinci yeri tutubdur.

 

Teqlər