Azərbaycanın İslamiadada 4-cü yerdədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392229-azərbaycanın_İslamiadada_4_cü_yerdədir
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 17, 2022 06:22 Asia/Baku
  • Azərbaycanın İslamiadada 4-cü yerdədir

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, İslamiadada Azərbaycan Respublikasının qazandığı medallardan 22-si qızıl, 28-i gümüş, 22-si bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.

İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 265

, Özbəkistan 121 və İran 116 medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.