İranlı müdafiəçisinin ehtiyat oyunçular skamyasında oturduğu gecə Dinamo məğlub oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392239-İranlı_müdafiəçisinin_ehtiyat_oyunçular_skamyasında_oturduğu_gecə_dinamo_məğlub_oldu
Dinamo Zaqreb futbol klubu Norveç təmsilçisi qarşısında məğlub oldu və Avropa Çempionlar Liqasına yüksəlmək üçün cavab oyunda çalışmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2022 09:32 Asia/Baku
  • İranlı müdafiəçisinin ehtiyat oyunçular skamyasında oturduğu gecə Dinamo məğlub oldu

Dinamo Zaqreb futbol klubu Norveç təmsilçisi qarşısında məğlub oldu və Avropa Çempionlar Liqasına yüksəlmək üçün cavab oyunda çalışmalıdır.

SəhərAzəri- "FARS" xəbər agentliyinin məlumatına görə, Avropa Çempionlar Liqasının seçmə mərhələsinin ilk oyun görüşləri çərçivəsində "Dinamo Zaqreb" Norveçdə "Bodo Qlimt" komandası ilə qarşılaşıb və 0-1 hesablı məğlubiyyətlə üzləşib.

İranlı legioner Sadiq Məhərrəmi bu oyun üçün "Dinamo"nun siyahısında var idi, lakin onun matça çıxmaq şansı olmadı. O, bütün 90 dəqiqə ərzində oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Gələn həftə Avropa Çempionlar Liqasına yüksələcək komandanı müəyyən etmək üçün bu matçın cavab oyunu keçiriləcək.