Avq 24, 2022 13:30 Asia/Baku
  • İranın parataekvondo millisi Asiya çempionu olub

İranın parataekvondo üzrə milli komandası kişi və qadın bölmələri daxil olmaqla ümumilikdə doqquz qızıl, gümüş və bürünc medal qazanmaqla Asiya çempionu olub.

SəhərAzəri-nin məlumatına əsasən, Vyetnamın ev sahibliyi ilə Ho Şi Min şəhərinin “Ordu” zalında müxtəlif ölkələrdən altmış beş parataekvondoçunun iştirakı ilə dünən başlanan yeddinci Asiya parataekvondo turniri İranın qadınlardan ibarət komandasının birinciliyi və kişi yığmasının ikinciliyi ilə başa çatıb.

On bir üzvü olan İranın parataekvondo millisi bu turnirdə doqquz medal əldə edib.

Özbəkistan və Qazaxıstan komandaları İkinci və üçüncü yerləri tutublar.

 

Teqlər