İran güləşçiləri Rusiyanın "Aksyonov" kubokunda 5 medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393059-İran_güləşçiləri_rusiyanın_aksyonov_kubokunda_5_medal_qazanıblar
İranın yunan-roma güləşi üzrə yığma komandası Rusiyanın “Aksyonov” kubokunda 2 qızıl, 2 gümüş və 1 bürünc medalla öz işinə yekun vurub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 12, 2022 07:17 Asia/Baku
  • güləşçilər
    güləşçilər

İranın yunan-roma güləşi üzrə yığma komandası Rusiyanın “Aksyonov” kubokunda 2 qızıl, 2 gümüş və 1 bürünc medalla öz işinə yekun vurub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın yunan-roma güləşi üzrə yığma komandası sentyabrın 10-u və 11-də Rusiyanın Novosibirsk şəhərində keçirilən "Aksyonov" kuboku yarışlarında iştirak edib. 

Turnirdə Puya Nasirpur, Əmir Qasimi Moncezi qızıl medal, Məhəmməd Nurbəxş və Məhəmməd Hüseyn Mahmudi gümüş medal, Əli Əsğər Sam Dəliri isə bürünc medal əldə ediblər. 

Əmir Hüseyn Hacipur, Arif Həbibullahi və Məhəmməd Hüseyn Azərmdoxt sıralama görüşlərində rəqiblərinə uduzaraq, beşinci olublar. 

Höccət Rzayi də yarışlardan kənarlaşdırılıb.