İranın qan xərçənginin müalicəsi üçün yeni gen terapiyası texnologiyası
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395073-İranın_qan_xərçənginin_müalicəsi_üçün_yeni_gen_terapiyası_texnologiyası
İranlı tibb alimləri qan xərçəngi xəstələrinin müalicəsi üçün gen terapiyasına əsaslanan yeni texnologiya təqdim ediblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 15, 2022 17:32 Asia/Baku
  • İranın qan xərçənginin müalicəsi üçün yeni gen terapiyası texnologiyası

İranlı tibb alimləri qan xərçəngi xəstələrinin müalicəsi üçün gen terapiyasına əsaslanan yeni texnologiya təqdim ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İran Prezident Administrasiyasının Elm və Texnologiya İdarəsinin rəyasət heyətinin üzvü çərşənbə axşamı bildirib ki, iranlı tədqiqatçılar qan xərçənginin müalicəsi üçün yeni gen terapiyası metodunun hazırlanmasına təxminən 7 il sərf ediblər.

Əmir Əli Həmidiyə müalicənin müvəffəqiyyət nisbətinin təxminən 70 faiz olduğunu söyləyib.

Həmidiyə bildirib ki, iranlı bir startap şirkəti iki transmilli şirkətin inhisarında olan müalicə metodunu işləyib hazırlayıb.

Onun sözlərinə görə, bu üsul Tehran Tibb Elmləri Universiteti tərəfindən təsdiqləndikdən sonra ilk dəfə İranda qan xərçəngi xəstəsi üzərində sınaqdan keçirilib.