Noy 28, 2022 14:30 Asia/Baku
  • Almaniya son anda qurtuldu və Dünya Çempionatında qaldı

Almaniyanın milli futbol komandası İspaniyaya qarşı oyunda son dəqiqələrdə məğlubiyyətdən qaçaraq, dünya çempionatında şansını saxlaya bildi.

SəhərAzəri- Dünya çempionatının ikinci həftəsində bazar günü axşam Almaniya yığması İspaniya millisi ilə qarşılaşıb. Görüş 1-1 hesablı bərabərliklə başa çatıb.

İlk oyunda Yaponiyaya gözlənilməz 2-1 hesabı ilə uduzan almanlar 83-cü dəqiqəyə kimi İspaniyadan bir top fərqi ilə geridə idilər, amma son dəqiqələrdə qol vurmağı bacardılar və bir xal qazanaraq, dünya kubokunun növbəti mərhələsinə adlamaq şansını qoruya bildilər.

Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Fullkruq Almaniyanın bərabərlik qolunu qapıdan keçirib.

Bununla da, aktivində 4 xal olan İspaniya millisi qrupda ilk pillədəki mövqeyini qoruyub.

Yaponiya və Kosta Rika hərəyə 3 xalla, müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Aktivində 1 xal olan Almaniya isə sonuncu yerdədir.

Teqlər