Bono İspaniyanı dünya çempionatından kənarlaşdırdı
Dek 07, 2022 12:23 Asia/Baku
Öz qapıçısı- Yassin Bononun uğurlu çıxışı ilə böyük heyrətə səbəb olan Mərakeş yığması İspaniyanı dünya çempionatından kənarlaşdırmaqla dörddə bir final mərhələsinə yüksəlib.
SəhərAzəri-nin məlumatına əsasən, Qətər dünya çempionatının səkkizdə bir final mərhələsinin davamında dünən İspaniya və Mərakeş komandaları qarşılaşıblar. Oyun doxsan dəqiqədə və iki on beş dəqiqəlik əlavə vaxtda qapılara heç bir qol vurulmadan başa çatıb.
Mərakeşin qapıçısı penaltilər mərhələsində ispanların vurduqları hər üç zərbəni dəf edib. Belə halda, Mərakeş oyunçularının dörd on bir metrlik zərbəsindən üçü qola çevrilib. Beləliklə, bu afrikalı komandaya üç-sıfır hesabı ilə məğlub olan İspaniya millisi dünya çempionatından kənarda qalıb.