Karantin rejimindən sonra yeniyetmələrin beyni daha sürətli qocalır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395680-karantin_rejimindən_sonra_yeniyetmələrin_beyni_daha_sürətli_qocalır
Alimlərin yeni araşdırmaları göstərir ki, koronavirus pandemiyası zamanı karantin rejiminin səbəb olduğu stress yeniyetmələrdə beyinin normadan daha sürətli qocalmasına səbəb olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 10, 2022 09:45 Asia/Baku
  • Karantin rejimindən sonra yeniyetmələrin beyni daha sürətli qocalır

Alimlərin yeni araşdırmaları göstərir ki, koronavirus pandemiyası zamanı karantin rejiminin səbəb olduğu stress yeniyetmələrdə beyinin normadan daha sürətli qocalmasına səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, "Science Alert" portalı bu barədə məlumat yayıb.

Məlumatına görə, beyində bu cür dəyişikliklər əvvəllər zorakılıq, laqeydlik, ailə disfunksiyaları ilə üzləşmiş uşaqlarda baş verirdi.

Stenford Universiteti və San-Fransiskodakı Kaliforniya Universitetinin yeni araşdırmasına görə, COVİD-19 xəstəliyi korteksin incəlməsinə, amiqdala və hipokampusun ölçüsündə artıma səbəb olur və beyin proseslərinin bəzilərini sürətləndirir.

Məqalənin müəllifi Ian Gotlib deyib: "Qlobal araşdırmalardan pandemiyanın gənclərin psixi sağlamlığına mənfi təsir etdiyini artıq bilirik, lakin bunun onların beyinlərinə fiziki olaraq nə etdiyini bilmirdik".