İranın sərbəst güləş komandası dünya kubokunun finalına vəsiqə qazanıb
Dek 11, 2022 14:21 Asia/Baku
İranın sərbəst güləş komandası dünya kuboku yarışlarında dünyanın seçmə komandasını məğlub etməklə finala vəsiqə qazanıb.
İran komandası Amerikada keçirilən dünya kuboku yarışlarında dünyanın seçmə komandasını altı-dörd hesabı ilə məğlub edib.
Komandamız bu yarışlardakı ilk görüşündə Yaponiya yığmasını da doqquz-bir hesabı ilə məğlub etmişdi.
Teqlər