Bu gündən dünya çempionatında yarımfinal həyəcanı başlayır
2022-ci il dünya çempionatının yarımfinal həyəcanı başlayır. Lionel Messi ilə Argentina və Luka Modriçlə sonuncu finalçı Xorvatiya final vəsiqəsini almaq üçün mübarizə aparacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Argentina və Xorvatiya yığmaları 2022-ci il futbol üzrə dünya çempionatının ilk yarımfinal oyununda üz-üzə gələcək. Bununla da mundialda ilk finalçı məlum olacaq.
Argentina və Xorvatiya milliləri mundiallar tarixində iki dəfə bir-birilərinə rəqib olublar. 1998-ci ildə "tanqoçular" 1:0, 2018-ci ildə avropalılar üç cavabsız qolla qalib gəlib.
Bu gün axşam Qətərin paytaxtı Dohadakı Lusail stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı italiyalı hakim Daniele Orsato idarə edəcək.
Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.