Dek 18, 2022 15:27 Asia/Baku
  • Xorvatiya dünya üçüncüsü oldu

Dünən futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda görüş keçirilib.

Mərakeşlə Xorvatiya arasında keçirilən görüşün birinci hissəsində üç qol vurulub.

Xorvatiyalı müdafiəçi Yoşko Qvardiol yeddinci dəqiqədə gözəl zərbə ilə oyunun ilk qolunu vurub. Lakin Xorvatiyanın üstünlüyü çox çəkməyib. Belə ki, təkcə iki dəqiqə sonra mərakeşli Əşrəf Dəri cavab qolunu reallaşdırıb.

Mislav Orşiç qırx üçüncü dəqiqədə Xorvatiyanı önə çıxarıb.

Oyunun ikinci hissəsində heç bir qol vurulmayıb və beləliklə, Mərakeş yığmasını iki-bir hesabı ilə məğlub edən Xorvatiya komandası "Qətər-iki min iyirmi iki" dünya çempionatında üçüncü yerə sahib çıxıb. Xatırladaq ki, dörd il bundan öncə Xorvatiya dünya çempionatında ikinci yeri tutmuşdu.

Sözügedən dünya çempionatının final görüşü isə bu gün Bakı vaxtı ilə axşam saat yeddidə Argentina və Fransa komandaları arasında keçiriləcək.

 

Teqlər