İran millisi FİFA-nın yeni reytinqində Asiyada ikincidir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395968-İran_millisi_fİfa_nın_yeni_reytinqində_asiyada_ikincidir
FİFA-nın açıqladığı son reytinqə əsasən İranın futbol üzrə yığma komandası Asiyada ikinci olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 20, 2022 10:35 Asia/Baku
  • İran millisi FİFA-nın yeni reytinqində Asiyada ikincidir

FİFA-nın açıqladığı son reytinqə əsasən İranın futbol üzrə yığma komandası Asiyada ikinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Futbol üzrə idarəetmə orqanının dərc etdiyi hesabat göstərir ki, İranın milli futbol komandası son dünya çempionatında iştirak edən 32 komanda arasında 24-cü yerdədir.

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 32 komandanın yeni reytinq cədvəli onların əldə etdikləri mərhələ, rekord və top fərqinə əsasən açıqlanıb.

FİFA-nın hesabatına görə, Braziliya, Argentina və Fransa ilk üç komandadır.

Bazar günü Qətərin Lusail şəhərində keçirilən final matçında Argentina penalti zərbələrində Fransanı məğlub edərək, üçüncü dünya kubokunu qazandı.

İran B qrupunda mübarizəyə İngiltərə qarşısında 6-2 hesablı məğlubiyyətlə başladı.

Keyruşun oyunçuları ikinci matçında Uelsi 2-0 hesabı ilə məğlub etdilər, lakin hər iki tərəf üçün mütləq qalibiyyət matçı olan son oyun 1-0 nəticə ilə Amerika komandasının xeyrinə oldu.