İngiltərə Premyer Liqası: Amansız Brentford nəhəng Liverpul-u darmadağın etdi
Yan 03, 2023 10:57 Asia/Baku
İngiltərə premyer liqasının 19-cu turunun oyununda "Brentford" öz meydanında "Liverpul" üzərində inamlı qələbə qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə premyer liqasının 19-cu turunun oyunları çərçivəsində Brentford və Liverpul komandaları üz-üzə gəlib və bu görüş 3-1 hesabı ilə Brentfordluların xeyrinə başa çatıb.
Bu oyunda iranlı legioner Saman Quddus 87-ci dəqiqədən komandasının heyətində yer alıb və Premyer Liqanın güclərindən birinə qarşı komandasının qələbəsinə töhfə verə bilib.
Bununla da İngiltərə Premyer Liqasının nəhəng qatili adını qazanan Brentford 26 xal toplayıb və turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. "Liverpul" 28 xalla altıncı yerdədir.