Messi PSJ ilə müqaviləsini yeniləmək niyyətində deyil
Amerika kanalı "Paris Sen-Jermen"in super ulduzunun səudiyyəlilərə yaşıl işıq göstərdiyindən xəbər verib.
"FARS" xəbər agentliyinin məlumatına görə, ABŞ-ın "CNN" kanalı bildirib ki, argentinalı superulduz Lionel Messi Paris Sen-Jermen ilə müqaviləsini yeniləmək niyyətində deyil.
Dünya Kuboku çempionu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun bu ölkənin liqasında iştirak etmək üçün 395 milyon avroluq məftunedici təklifini qəbul etmək istəyir.
Portuqaliyalı superulduz Kriştianu Ronaldonun "Ən-Nəsr"ə transferindən sonra "Əl-Hilal" klubunun rəhbərləri azarkeşlərin istəyi ilə Lionel Messini heyətinə cəlb etmək layihəsinə start verib.
Asiya çempionu və köhnə qitənin ən qürurlu komandası Lionel Messini Ər-Riyada gətirmək istəyir.
Messi Ərəbistan liqasına transfer olunarsa, Messi ilə Ronaldo qarşılaşmasını yenidən görəcəyik, amma bu dəfə bu iki super ulduzun qarşılaşması Avropa futbolunda deyil, Asiya futbolunda olacaq.