Messinin keçmiş komanda yoldaşı Ərəbistana gedib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i396820-messinin_keçmiş_komanda_yoldaşı_Ərəbistana_gedib
"Barselona"nın sabiq futbolçusu Səudiyyə Ərəbistanı komandası ilə müqavilə imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2023 09:30 Asia/Baku
  • Messinin keçmiş komanda yoldaşı Ərəbistana gedib

"Barselona"nın sabiq futbolçusu Səudiyyə Ərəbistanı komandası ilə müqavilə imzalayıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Barselona" və "Betis" komandalarının sabiq ispan hücumçusu və cinah oyunçusu Səudiyyə Ərəbistanının "Əl-Fəth" klubu ilə bir il yarımlıq müqavilə imzalayıb.

Betisdə beş il çıxış etdikdən sonra keçən il Amerika futbolunda Los-Anceles komandasına gedən 31 yaşlı Kristian Telyo Ərəbistanın Əl-Fəth komandasında peyda olub. 

Telyo, Lionel Messi, Xavi, İniyesta və Neymar kimi ulduzların olduğu Barselonanın fantastik komandasının bir hissəsi idi, lakin o, göy-qırmızılar komandasında özünə daimi bir yer tapa bilmədi.

Müqavilənin məbləği hələ açıqlanmayıb.