Fev 02, 2023 16:42 Asia/Baku
  • Rza Ətari Xorvatiya turnirinin qızıl medalını qazanıb

Xorvatiyada keçirilən sərbəst güləş turnirində 61 kq çəki dərəcəsində mübarizə aparan İran təmsilçisi Rza Ətri qızıl medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ətrinin qələbəsi İrana ilk qızıl meadlı qazandırıb.

Rza Ətri monqolustanlı rəqibi Naranxo Naramandaxı məğlub edərək Zaqreb Open Beynəlxalq Sərbəst Güləş turnirində qızıl medalı qazanıb.

Rza Ətri 61 kq çəki dərəcəsində final görüşündə monqolustanlı rəqibi gümüş medalçı Naranxo Naramandaxa məğlub edici fəndlə üstünlük əldə edib.

Həmçinin Ətri ilk qrup mərhələsində 4-3 hesabı ilə gürcüstanlı rəqibi Şuta Fartnadzeyə qələbə çalaraq, yarım finala çatıb və daha sonra o bu mərhələdə macarıstanlı Qamzatqadçi Xalidovu 3-0 hesabı ilə məğlub edərək, finala yüksəlib.   

Teqlər