UEFA Çempionlar Liqası: "Bavariya" və "Milan" 1/4 finalda
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i398031-uefa_Çempionlar_liqası_bavariya_və_milan_1_4_finalda
Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab etapının ikinci gecəsində, dünən gecə iki görüş keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2023 13:05 Asia/Baku
  • UEFA Çempionlar Liqası:

Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab etapının ikinci gecəsində, dünən gecə iki görüş keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, görüşlərin birində “Bayern Münhen” futbol klubu “Pari Sen-Jermen”ə ev sahibliyi edib.

Görüşü iki-sıfır hesabı ilə başa vuran almanlar Parisdə keçirilən birinci etapda rəqib komandanı bir-sıfır hesabı ilə məğlub etdiklərinə görə, ümumi üç-sıfır hesabı ilə 1/4 finala yüksəliblər.

Digər oyunda İngiltərənin “Tottenhem” klubu Londonda İtaliyanın “Milan” komandasını qarşılayıb. Oyun doxsan dəqiqə ərzində maraqsız keçsə də, itirilmiş dəqiqələr oynanılarkən hər iki komanda qol vurmaq fürsəti əldə edib. Buna baxmayaraq, oyunda qol vurulmayıb və “Milan” bu mərhələnin birinci etapında rəqibini 1-0 hesabı ilə məğlub etdiyi üçün iki oyunun nəticəsinə görə, on bir ildən sonra Avropa Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.